Mikel Arteta Barcelona-nın futbolçusunu istəyir

28 Aprel 2020 16:27 (UTC+04:00)
Barcelona-nın müdafiəçisi Samuel Umtiti Premyer Liqaya keçə bilər. Goal.az xəbər verir ki, fransalı futbolçu ilə Arsenal yaxından maraqlanır. "Topçular"ın baş məşqçisi Mikel Artetatın şəxsən bu keçidin baş tutmasını istədiyi bildirilir. 26 yaşlı müdafiəçi ilə İnter, Napoli və Tottenham də yaxından maraqlanır. Qeyd edək ki, Samuel Umtiti cari mövsüm ərzində 16 oyunda iştirak edib.