UEFA-dan AFFA-ya maliyyə yardımı

28 Aprel 2020 16:35 (UTC+04:00)
UEFA quruma üzv olan 55 milli assosiasiyaya koronavirusla mübarizə çərçivəsində maliyyə yardımı ayırıb. Goal.az xəbər verir ki, yardımın ümumi məbləği 236,5 milyon avro təşkil edir. Hər federasiyanın hesabına isə 4,3 milyon avro məbləğində vəsait köçürüləcək. Bu vəsait mövcud xərcləri ödəmək və yerli futbolu inkişaf etdirmək məqsədilə ayrılıb.