Səhiyyə Nazirliyinə 354 müraciət daxil olub

12 İyul 2013 17:00 (UTC+04:00)

Səhiyyə Nazirliyinin "Qaynar xətt" (9103) xidmətinə iyun ayı ərzində 354 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, daxil olmuş müraciətlərin 227-nə baxılıb (11-i əsaslı, 130-u əsassız, 86-sı cari problemlərlə bağlı şikayət), 14-ü aidiyyəti üzrə deyil, 113-ü isə sorğu xarakterli olub. "Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.