Qəbul imtahanlarında 39 əlil abituriyent iştirak edəcək

12 İyul 2013 17:25 (UTC+04:00)

"2013-2014-cü tədris ili üçün ali məktəblərə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün 39 əlil və dayaq-hərəkət sistemində catışmazlıqlar olan abituriyent Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edib". Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə bildirib.

 Onun sözlərinə görə, TQDK həmişə olduğu kimi, qəbul imtahanlarında sağlamlıq imkanları məhdud olan abituriyentlər üçün müvafiq şəraitin təmin olunmasını xüsusi diqqətdə saxlayır.

 Qeyd edək ki, əlil abituriyentlərdən sənədlərin toplanılması iyulun 10-da başa çatıb.