"Formula-1" üzrə Azərbaycan Qran-Prisinin tarixi açıqlanıb

28 Aprel 2020 18:40 (UTC+04:00)
"Formula-1" üzrə dünya çempionatının mümkün təqvimi bəlli olub. Apasport.az saytının Almaniyanın "Bild" nəşrinə istinadən məlumatına görə, yarış 17 mərhələdən ibarət olacaq. Bildirilir ki, Azərbaycan Qran-Prisi sentyabrın 6-da keçiriləcək. Bakıdakı yarış çempionatın 7-ci mərhələsi olacaq. İyulun 5-də Avstriyada başlayacaq yarış dekabrda BƏƏ-nin paytaxtı Abu-Dabidə yekunlaşacaq. Avstriya və Böyük Britaniya kimi Macarıstanda da iki mərhələ təşkil olunacaq. "Bild"in açıqladığı təqvim 1-2. Avstriya – 5 və 12 iyul 3-4. Böyük Britaniya – 26 iyul və 2 avqust 5-6. Macarıstan – 16 və 23 avqust 7. Azərbaycan – 6 sentyabr 8. Sinqapur – 20 sentyabr 9. Rusiya – 27 sentyabr 10. Çin – 4 oktyabr 11. Yaponiya – 11 oktyabr 12. ABŞ – 25 oktyabr 13. Meksika – 1 noyabr 14. Braziliya – 8 noyabr 15. Vyetnam – 22 noyabr 16. Bəhreyn – 6 dekabr 17. BƏƏ – 13 dekabr