Sumqayıtda mağazalardan oğurluq edildi

29 Aprel 2020 11:10 (UTC+04:00)

Sumqayıtda mağazalarda oğurluq hadisəsi baş verib.

Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdaərsinin (ŞPİ) 1-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da şəhər ərazisindəki mağazaların birindən 2 620 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini olan bir yeniyetmə saxlanılıb.

Bundan başqa, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da şəhər ərazisindəki mağazaların birindən 858 manat pul və 1 410 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini İ.Əliyev saxlanılıb.