Bakı metrosu nə vaxt açılacaq?

29 Aprel 2020 11:58 (UTC+04:00)

Metropolitendə işlər hazırda minimal tələblər səviyyəsində qurulub.

Mövqe.az xəbər verir ki, infastrukturun qorunub saxlanması, metronun mühafizəsi, texnoloji proseslərə və texniki istismar qaydalarına uyğun olaraq bir sıra işlər həyata keçirilir.

Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib ki, Bakı metrosu hər an sərnişin qəbul etməyə hazırdır. 

Metronun fəaliyyətinin bərpası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən qərardan sonra mümkün olacaq. 

Bakı Nəqliyyat Agentliyi də may ayının 1-dən etibarən dayanma-durma və parklanma yerlərini nəzarətə götürəcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görəcək.