Bakıda zəncirvari qəza: 4 avtomobil yararsız hala düşdü

29 Aprel 2020 16:08 (UTC+04:00)

Bakıda daha bir yol qəzası baş verib.

Trend-in məlumatına görə, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində zəncirvari qəza qeydə alınıb. Qəzada 4 avtomobilə ciddi ziyan dəyib.

Şahidlər bildirirlər ki, "Mercedes" markalı avtomobil ara məsafəsi saxlamadığına görə qarşıdakı avtomobilə çırpılıb, həmin avtomobilin sürücüsü isə idarəetməni itirərək yol kənarında olan digər minik maşınları ilə toqquşub.

Hadisə yerinə Yol Patrul Ximdətinin əməkdaşları cəlb olunublar. Hadisədə xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.