Dünyanın ən yaxşı gənc futbolçuları açıqlandı - SİYAHI

29 Aprel 2020 20:58 (UTC+04:00)

İspaniyanın ESPN nəşri dünyanın ən yaxşı gənc futbolçularını müəyyənləşdirib.

Mövqe.az-ın məlumatına görə, siyahıya yaşı 21-dən az olan olan oyunçular daxil edilib. İlk pillədə Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe qərarlaşıb.

İkinci sırada Almaniyanın “Borussiya” (Dortmund) klubunda çıxış edən Ceydon Sanço yer alıb.

İngiltərə “Liverpul”undan Trend Aleksander-Arnold isə sıralamada 3-cüdür.

Növbəti sıralarda İspaniya “Real Madrid”indən Vinisius Junior, Almaniya “Bayer”indən Kay Haverts, İtaliya “Milan”ından Canluici Donnarumma, “Borussiya”dan (Dordmunt) Erlinq Haland, “Real Madrid”dən Federiko Valverde və İspaniya “Atletiko”sundan Joau Feliş yer alıblar.