Bolşevik işğalına qarşı “32-ilər əfsanəsi”

29 Aprel 2020 19:26 (UTC+04:00)
Elm Tarixi İnstitutunun Elmi katibi dosent Zaur Əliyev Azərbaycanda sovet işğalına qarşı aparılmış mübarizə ilə bağlı yeni fakt təqdim edib Bolşevik işğalına qarşı "32-ilər əfsanəsi" Bu gün 300 spartalı, Kürşad Üsyanı, Çanaqqala qəhrəmanları haqqında çox yazırlar. Azərbaycanda 1 ay ərzində XI rus ordusuna qarşı mübarizə aparan 32 nəfər Azərbaycan Cümhuriyyətinin əsgər və zabitləri haqqında heç nə yazılmır. Düzdür, bəzi yazılarda buna qısa toxunulsa da, tam ciddi araşdırma yoxdur. Çox heyf ki, 32 nəfər qəhrəman haqqında tam olaraq araşdırma aparılmayıb və o sənədlər arxivdə tam olaraq incələnməyib. Məlumdur ki, 1920-ci ildə bolşeviklərin Qırımızı ordusu Azərbaycanı işğal etmişdir. Azərbaycan ərazisində onlara qarşı bir çox üsyan baş versə də, hamısı qanla yatırılıb. 1920-ci ilin may ayında Qarabağda XI ordu hissələri ilə Azərbaycan Ordusunun əsgərləri arasında bir neçə lokal toqquşmalar baş verib. Ruslar onlara qarşı çıxan üsyançıları tutub XI Ordu qərargahına gətirirərək sorğu sualsız güllələyirdilər. Bunu eşidən milli ordunun əsgərləri və üsyançıların bəziləri gizlincə silahı atıb evlərinə və xaricə getsələrdə 4 nəfər zabit və 28 nəfər əsgər son qanlarına qədər döyüşməyə and içirlər. Çox heyf ki, onların adları bəlli olmasa da bu qəhrəman döyüşçülər Bərdə tərəfdə IX Orduya qarşı ciddi müqavimət göstərilər. Rus ordusunun sayca üstünlüyü və silahlarının çoxluğuna baxmayaraq yaranmış əlverişli şəraitdən istifadə edən "32-lər" Bərdənin sağ sahilindəki qüvvələri şəhərin kənarına sıxışdırıb Qarabağa hərəkət üçün ciddi strateji əhəmiyyət kəsb edən bu mövqeyi bir həftəyə qədər nəzarət altında saxlaya bildilər. Onlar Bərdəyə rusların daxil olmasına ciddi müqavimət göstərirdi. Yerli caamat onlara tam dəstək olduğu üçün Lenin Bakıya xəbər göndərir ki, orda rus əsgərləri qırılır. Əgər azərbaycanlı bolşeviklər bir ciddi addım atmasalar onlar yerli hakmiyyətdə təmsil olunmayacaqlar. Bu xəbər Bakıya çatan kimi Çingiz İldırım və Dadaş Bünyadzadə dərhal Qarabağa gəlirlər. Bünyadzadə ilə birlikdə konspirativ şəkildə Ağdama, Şuşaya,Qaryaginə gedərək, yerli kommunistlərdən M. Məmmədxanov, A. Qaragözov, S. Səfərov, A. Saturyan və b. köməyi ilə özünü müdafiə komitələri, bolşeviklərdən ibarət könüllü birliklər yaratmağa çalışırdılar. Bərdədə isə "32-lər" hələ ki, XΙ orduya qarşı bütün təyziqlərə baxmayaraq döyüşürdülər. Vəziyyətin ciddiləşdiyini görən Ç. İldırım üsyan başçılarının təhvil verilməyəcəyi təqdirdə Bərdənin bombardman ediləcəyini bildirdi. Bu ultimatumdan sonra yerli əhalini qırğına verməmək üçün "32-lər" şəhəri tərk etməyə məcbur olub Qarabağa irəliləyən birinci süvari alayı (Tatar alayı)-lə qarşılaşdılar. Ι Dünya müharibəsində "Vəhşi diviziya" adını almış bu hərbi birlik üç gün ərzində XΙ ordu hissələri ilə qanlı döyüşlər apardıqdan sonra, mühasirəyə düşmək ehtimalının erçəkləşdiyini görüb çəkilməyə məcbur oldu. . Dağıstandan bir qrup türk zabiti və əsgəri general Nuru paşanın rəhbərliyi ilə Şuşaya üsyan etmiş xalqa köməyə gəldi. Üsyançılar Qarabağda sovet hökumətini devirib Qarabağ inqilab komitəsinin üzvlərini həbs etdilər. Nuru paşa Qarabağın hakimi elan edildi. Onun ətrafında Azərbaycan ordusunun zabitlərindən Zeynalov, Səfiyev, sabiq pristav Kərimbəy Qalabəyov və başqaları var idi. İyunun 6-da yeni hakimin sərəncamı ilə Şuşa İnqilab Komitəsinin sədri B.Vəliyev, Türkiyə kommunisti Süleyman Nuru, qırmızı molla ləqəbli C.Hüseynov güllələndilər. Ancaq XI Ordunun əlavə kömək almış hissələri ermənilərin yaxından iştirakı ilə azadlıq uğrunda mübarizəyə qalxmış əliyalın əhalini qırmağa başladı. Bərdədə və Ağdamda xalqa divan tutan istilaçı ordu iyunun 15-də qüvvələr nisbətinin üstünlüyündən istifadə edərək Şuşanı da ələ keçirdi. Milli ordunun hissələri və Nuru paşa Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilib ölkəni tərk edərək Xiyabaninin nəzarəti altında olan Cənubi Azərbaycana keçdilər. Onlar heç kimdən və heç bir yerdən kömək almadıqlarından əllərindəki silahları sataraq Türkiyəyə keçib Mustafa Kamal paşanın ordularına qoşuldular.