Bu ay 142 - Çağrı Mərkəzi 165 min müraciəti cavablandırıb

30 Aprel 2020 11:09 (UTC+04:00)
Bu ay 142 - Çağrı Mərkəzi 165 min müraciəti cavablandırıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 142 - Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Müraciətlər sosial dəstək tədbirləri, həmçinin əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial reabilitasiya və s. məsələlərlə bağlı olub. Zənglər saat 9:00-dan 24:00-a kimi 100 operator tərəfindən cavablandırılır.