İmadəddin Nəsimi haqqında virtual sərgi təqdim olunub

30 Aprel 2020 11:20 (UTC+04:00)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı #menoxudumsendeoxu və #evdeqalmutailedenqalma həştəqləri altında dahi Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsimi haqqında virtual sərgi hazırlayıb. İdarədən Trend-ə verilən məlumata görə, sərgidə şairin əsərləri və onun haqqında nəşr olunan kitablar nümayiş olunub. İ.Nəsimi ilk təhsilini Şamaxıda alıb, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənib. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 yanvar tarixli Sərəncamı ilə həmin il ölkəmizdə "Nəsimi ili" elan olunub. Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.