Məhəbbət Vəliyeva: Vəziyyət tələb edərsə, dərs ili vaxtından əvvəl başlaya bilər

30 Aprel 2020 12:56 (UTC+04:00)

Vəziyyət tələb edərsə, dərs ili vaxtından əvvəl başlaya bilər.

Mövqe.az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni TV”yə müsahibə verərkən deyib.

Onun sözlərinə görə, əslində, hər il dərslər ənənəvi olaraq, sentyabrın 15-də başlayır:

“Biz hazırda dərs ilinin sonuna dair məsələləri, proqramları müzakirə edirik. Amma dərs ilinin başlanılması barədə Nazirlər Kabineti qərar verir. Nazirlər Kabinetinin qərarı əsasında dərs ilinin başlanılma tarixi müəyyən ediləcək”.