Gürcüstandan mühacirət edən Azərbaycan vətəndaşlarının sayı artıb

30 Aprel 2020 15:20 (UTC+04:00)

Ötən il 2 082 Azərbaycan vətəndaşı Gürcüstandan mühacirət edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin miqrasiya ilə bağlı hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkəni tərk edən Azərbaycan vətəndaşlarının sayı 134 nəfər artıb.

Gürcüstana mühacir edən Azərbaycan vətəndaşlarının sayı isə illik müqayisədə 92 nəfər azalaraq 3 669 nəfərə bərabər olub.

Qeyd edək ki, 2019-cu ildə Gürcüstanda emiqrantların sayı 105 107, immiqrantların sayı isə 96 864 nəfər təşkil edib.