Azərbaycanda internetin sürəti artıb

30 Aprel 2020 15:47 (UTC+04:00)

Aprelin 20-dən 27-dək Azərbaycanda həm mobil, həm də genişzolaqlı internet rabitəsində yükləmələrin ortalama sürəti artıb.

Mövqe.az-ın məlumatına görə, ötən həftə ərzində genişzolaqlı internetdə yükləmə sürəti 8 faiz artaraq orta hesabla 20,18 Mbit/s, mobil internetdə isə 4 faiz artaraq 28,57 Mbit/s təşkil edib.

Qeyd edək ki, həmin müddətdə internetdə yükləmə sürəti müvafiq olaraq 2 faiz (74,72 Mbit/s) və 3 faiz (31,81 Mbit/s) azalıb.