ŞOK: Ana 2 yaşlı oğlunu öldürdü, 5 yaşlı oğlu ilə intihar etdi (FOTO)
13 İyul 2013 15:47 (UTC+04:00)
Britaniya şokdadır. 24 yaşlı ana Dartmur bölgəsindəki Haytur
qayasanın zirvəsinə çıxaraq 5 yaşlı oğlunu qucağına götürüb, sonra
da oradan atılıb. Bundan əvvəl isə o, 2 yaşlı oğlunu evdə qətlə
yetirmişdi. Qətl və intiharın səbəbi isə 24 yaşlı qadının 52 yaşlı
məşuqundan küsməsi, həmin kişi ilə mübarizə aparması idi.
Milli.Az Mail Online-a istinadən bildirir ki, 24 yaşlı Ketrin Huper
və 5 yaşlı oğlu Coşua Navinin cəsədləri 43 metr hündürlüyü olan
qayanın dibində tapılıb.
Hadisədən dərhal sonra polis qadının Peynqton şəhərindəki evinə
yollanıb.
Burada asayiş keşikçiləri faciə ilə qarşılaşıblar. Belə ki, Ketrin
Huper 5 yaşlı oğlu ilə özünü atacağı qayaya yollanmazdan əvvəl 2
yaşlı oğlu Semüili boğaraq öldürmüşdü.
Qonşuların dediklərinə görə, dəhşətli olayın səbəbi qadınla onun 52
yaşlı məşuqu Neyl Patterson arasındakı münasibətlərin kəskinləşməsi
idi.
Devon və Kornuoll qraflıqlarının polisi Dartmur Milli Parkındakı
qayadan atılaraq intihar edən qadınla bağlı istintaqa başlayıb.