III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri yaxın günlərdə açıqlanacaq

15 İyul 2013 11:03 (UTC+04:00)

İyulun 14-də keçirilən 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri yaxın günlərdə açıqlanacaq.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Mövqe.az-a verilən xəbərə görə,  hazırda III ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı aparılır. Bu proses başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727  nömrəsinə göndərməklə öyrənə biləcəklər.


Qeyd edək ki, III qrup üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının bölmələr üzrə və variantlar üzrə düzgün cavabları artıq komissiyanın internet saytında yerləşdirilib.