Futbol yığmamız I dünya kubokunu medalsız başa vurub

15 İyul 2013 12:11 (UTC+04:00)

Azərbaycanda keçirilən futbol üzrə hərbçilər arasında I dünya kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, finalda Oman İraq milli komandaları üz-üzə gəlib.


İraqlı hərbçilər 3:2 hesabı ilə qələbə qazanaraq, I dünya kubokunun sahibi olublar. 3-cü yer uğrunda oyunda isə millimiz Fil Dişi Sahili yığmasına 0:1 hesabı ilə uduzaraq, medalsız qalıb.