Səhiyyə Nazirliyindən Yenilik!

15 İyul 2013 12:44 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində yeni yaradılmış "Onlayn konfrans" bölməsi vasitəsilə nazirliyin və aidiyatı qurumlarının rəhbər şəxsləri, aparıcı mütəxəssisləri əhalini maraqlandıran sualları cavablandıracaqlar. 


"Onlayn konfrans"ın ilk qonağı ET Pediatriya İnstitutunun direktoru, Baş pediatr Nəsib Quliyevdir. 


Suallar 31 iyul 2013-cü il tarixinədək qəbul olunur.