Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi həbs edilib

15 İyul 2013 13:00 (UTC+04:00)

Bakı Hərbi Məhkəməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin rəisi Anar İsmayılov həbs edilməsi təsdiqləyib.


Məhkəmədən APA-ya bildirilib ki, A. İsmayılov barəsində iyun ayının 6-da həbs qətimkan tədbiri seçilib. O, dələduzluqda ittiham olunur.

 

Qeyd edək ki, KİV-də A. İsmayılovun iki gün əvvəl həbs edilməsi barədə məlumat yayılıb.