Yumurtanın maraqlı faydaları

15 İyul 2013 14:00 (UTC+04:00)

Yayda yumurta yeməyin zərərli olduğu kimi ümumi bir fikir var. Buna görə də, çox insan  "qaraciyərimə zərər verər" qorxusuyla yayda yumurta yeməkdən çəkinir. Halbuki yumurtanın zərərli olmadığı sübut olunub. Yumurtaya qarşı allergiyanız yoxdursa, hansı mövsümdə yesəniz fərq etməz.


Mövqe.az Türkiyə mətbuatına istinadən yumurtanın faydalarını sizə təqdim edir:



Sarısı beyni inkişaf etdirir


B qrup vitaminlərlə zəngin olan yumurtanın sarısı sinir sisteminin və beynin inkişafı və sağlamlığı üçün əvəzsizdir. Körpənin beyin və sinir sisteminin inkişafına birbaşa təsir etdiyi üçün hamilə qadınların kifayət qədər bu qida məhsulundan istifadə etmələri məsləhətdir. 



Yumurta zülal mənbəyidir


Yumurtanın tərkibindəki zülalların hamısı bədənimiz tərəfindən mənimsənilib istifadə edilə bilər. Bundan başqa, yumurtanın ehtiva etdiyi zülallar tam zülallardır, yəni, parçalandıqları zaman bədənimizin ehtiyac duyduğu amin turşuları ilə təmin edirlər. İdmançıların istifadə etdikləri bəzi zülal əlavələrin yumurta ağından hazırlanması əbəs yerə deyil.



Yayda da yumurta yeyilir


"Yayda yumurta yemək zərərlidir" fikrinin yayılmasında iki faktor rol oynayır. Birincisi, yaxşı saxlanılmayan yumurtaların yayda daha asan xarab olması və buna görə, də insanların zərər görməsidir. Ancaq uyğun şəraitdə yaxşı saxlanmış təzə yumurtalar üçün belə bir risk yoxdur.


Yumurta qaraciyəri, zülal baxımından zəngin olan başqa yeməklərdən daha çox ağırlaşdırmaz. Ancaq sizin yumurtaya qarşı allergiyanız varsa, bu qida məhsulundan həddindən artıq miqdarda istifadə etməyin.