Fiziki qüsurlu uşaqlar üçün “Bərabər imkanlar” layihəsi

15 İyul 2013 14:50 (UTC+04:00)

"Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək"  gənclər ictimai birliyi "World Vision" beynəlxalq humanitar təşkilatının  maliyyə dəstəyi ilə fiziki qüsurlu  uşaqlar üçün "Bərabər İmkanlar" layihəsini  həyata keçirib.


İctimai birlikdən Mövqe.az-a verilən məlumata görə, layihənin  keçirilməsində əsas məqsəd əlil insanların sosial həyata inteqrasiyası, onların cəmiyyətin digər vətəndaşları ilə bərabər imkanlar qazanması, sağlam həyat tərzinin təbliğinin geniş ictimaiyyətə çatdırılmasıdır.Layihə çərçivəsində xüsusi təlimatlandırma xarakteri daşıyan  avtobus turu keçirilib. Bakı ətrafı qəsəbələri,Sumqayıt  şəhərini əhatə edən avtobus turunda  təşviqat və təbliğat qrupları, xüsusi qayğıya ehtiyacı olan insanlar iştirak edib. Daha sonra  fiziki qüsurlu uşaqlar tərəfindən  Milli parkda flaşmob nümayiş olunub və ardınca əyləncəvi tədbirlər "Park Bulvar" ailəvi istirahət və əyləncə mərkəzində davam etdirilib.