Rusiyada üç jurnalist pandemiyanın qurbanı olub

5 May 2020 14:47 (UTC+04:00)
İndiyədək 23 ölkədə 55 jurnalist COVID-19-dan ölüb". "Report" "Interfax"a istinadən xəbər verir ki, bunu Rusiyanın Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov açıqlayıb. Onun sözlərinə görə, Rusiyada 100-dən çox jurnalistə koronavirus diaqnozu qoyulub. Onlardan 3-ü vəfat edib. "Yoluxanların əksəriyyətində xəstəlik əlamətsiz keçir", - V.Solovyov bildirib. Sədr həmçinin 500-dən çox jurnalistin hazırda həkimlərin müşahidəsi altında olduğunu vurğulayıb. Qeyd edək ki, Rusiyada qeydə alınmış yoluxma hallarının sayı 155 370-dir. Onlardan 19 865 nəfəri sağalsa da, 1 451 nəfər koronavirusun qurbanı olub.