Dünyanın ən nazik “Full HD” paneli təqdim edilib

15 İyul 2013 16:49 (UTC+04:00)

"LG" şirkəti dünyanın ən nazik maye kristal panelini təqdim edib. Panelin  qalınlığı cəmisi 2,2 millimetr, diaqonalı isə 5,2 düym təşkil edir. 1920x1080 nöqtə təsvir ölçüsünə malik panel təsviri yüksək keyfiyyətdə göstərir. Mobi.ru saytı yazır ki, yeni panel həmçinin 535 nit parlaqlığa malikdir.