Günün qoroskopu: Bir çoxları, hətta ən ciddilər belə, yüngüllüyə meyl edirlər

6 May 2020 09:00 (UTC+04:00)

Qoç - Dəyərli əşyaların itirilməsi, yaxud havayı yerə xərclər mümkündür. Yaxşı olar ki, qadınlarla sövdələşmələrdən çəkinəsiniz. İstənilən məsələni, xüsusilə iş və ya biznesə aid problemləri öz cinsinizdən olan insanlarla müzakirə etməyə çalışın. Belədə daha düzgün qərarlar verərsiniz.

Buğa - Lazım olduğundan artıq ev işlərinə vaxt ayırmayın. Evdə böyük təmizlik, mebellərin yerinin dəyişdirilməsi, mətbəxdə eksperimentlər sizi yaman cəlb edir. Amma unutmayın ki, bunlardan hansı birinisə etmək fikrinə düşsəniz, həddən artıq yorula bilərsiniz, çünki entuziazmınız "yandığı" sürətlə də "sönəcək".

Əkizlər - Baxmayaraq ki, xırda anlaşılmazlıqlar olacaq, ümumilikdə uğurlu gündür. İş burasındadır ki, problemlər hələ inkişaf etməyə macal tapmamış siz onları həll etməyə müvəffəq olursunuz. Əla yanaşmadır! Sizin nailiyyətləriniz kölgədə qalmır. 

Xərçəng - Xoş və maraqlı gündür. Bu ərəfədə başlanan xoş hadisələr davam etməkdədir. Yeni, parlaq ideyalarınız var. Heç kömək ummadığınız insanlar planlarınızı həyata keçirməkdə sizə kömək edirlər: nəhayət ki, sizin də qədrinizi bilməyə başladılar. Alış-veriş üçün əla gündür, nəinki özünüzə, həmçinin yaxınlarınıza da hədiyyələr ala bilərsiniz.

Şir - Çox nüfuzlu adamların diqqətində olacağınıza ümid edə bilərsiniz. Onlara yaxşı təəssüratlar bəxş etmək sizə çətin olmayacaq. Elə bilməyin ki, tələsik verdiyiniz qərar yanlışdır. Məhz qəfil peyda olan fikirlər bu gün uğur qazanacaq.

Qız - Gün yaxşı keçəcək. Xırda anlaşılmazlıqlar, narazılıqlar, qanqaraçılıqlar geridə qalır. Siz yalnız diqqət tələb edən məsələlərə köklənirsiniz. Sevdiyinizin qayğısına qalın.

Tərəzi - Gərgin və qarışıq vəziyyət düzələcək. Sakitləşəcək, özünüzü daha rahat hiss edəcəksiniz. Ailə üzvlərinizlə də ümumi dil tapmaq asan olacaq, fikir ayrılıqlarına son qoyacaqsınız.  

Əqrəb - Bu gün yaxınları, ailələri üçün əllərindən gələni əsirgəməyin. Uşaqlarla ünsiyyət çox xoş olacaq. Çətinliklər isə günün ikinci yarısı peyda olacaq. Boş şeylər üstündə ailə üzvlərinizlə mübahisə edə bilərsiniz. Güzəştə gedin!

Oxatan - İstənilən fəaliyyət sahəsi ilə məşğul ola bilərsiniz. Yaradıcı potensialınız o qədər yüksəkdir ki, hətta adi ev işini çox maraqlı bir məşğuliyyətə çevirəcək və qeyri-adi nəticələr əldə edəcəksiniz. Günün ortasında yaxınlarınızla xoşrəftar olun, onları ehtiyatsızlıqlarına görə acılamayın.

Oğlaq - Yaxınlarınızla münasibətləriniz əladır: onları yaxşı başa düşür, həm onların, həm öz maraqlarınızın qeydinə qalırsınız. Yaşlı nəslin nümayəndələri ilə asan dil tapırsınız. Onlardan aldığınız məsləhət və kömək çox işinizə yarayacaq. Pul ala bilərsiniz.

Dolça - Populyarlıq, diqqət, kompliment, qarşı cins tərəfindən böyük maraq arusundaydınız? Sevinin, bu gün həmin arzularınız gerçəkləşir. Əgər arzulamırdınızsa, o zaman sizinlə tanış olmaq istəyən insan ordusu ilə qarşılaşmağa hazır olun. Hətta sizin kinayələriniz də bu gün onlara təsir etməyəcək. 

Balıqlar - O qədər xoş sürprizləriniz olacaq ki! Hər bir şəraitdən xeyrinizə istifadə edə biləcəksiniz. Yeni eşqə düşməyiniz, yaxud da əvvəlki münasibətinizi təzələməyiniz və ya möhkəmlətməyiniz mümkündür.