ABŞ-dan Misirə həlledici ziyarət

15 İyul 2013 18:07 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ xarici işlər nazirinin müavini Bill Burns Misirin paytaxtı Qahirəyə gedib. ABŞ Xarici işlər nazirliyindən edilən şərhə görə Burns 14-16 İyul tarixləri arasında reallaşdıracağı səfərdə qeyri-hökumət və iş dünyası liderlərilə yanaşı müvəqqəti hökumət səlahiyyətliləriylə də görüşəcək. Burns bu yığıncaqlarda ABŞ-ın; Misir xalqının, bütün şiddət hərəkətlərinə son verəcək, əhatə edici və demokratik şəkildə seçilmiş bir vətəndaş hökumətini dəstəkləyəcəyini bildirib.