Pakistan Talibanı: "Suriyada mübarizə aparırıq"

15 İyul 2013 19:19 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Pakistan Talibanı, vətəndaş müharibəsinin davam etdiyi Suriyada Bəşər Əsəd rəhbərliyinə qarşı döyüşdüyünü bildirib. Təşkilatdan edilən şərhdə Suriyada düşərgələr qurulduğu və yüzlərlə əsgərin ölkəyə göndərildiyi deyilib. Taliban, "Qardaşlarımızın bizə ehtiyacı olanda, yüzlərlə əsgərimizi Ərəb yoldaşlarımızla birlikdə Suriyaya göndərdik" deyib. Təşkilat üzvləri Suriyada çox sayda silah-sursat ələ keçirildiyini və bunun görüntülərinin də tezliiklə yayınlanacağını söyləyib. Digər tərəfdən ölkədən yeni bir hücum xəbəri gəlib. Paytaxt Şamdakı bombalı hücumda ən az 40 nəfər ölüb. Bomba yüklü iki avtomobillə təşkil edilən hücumda Der Atiye qəsəbəsinin polis mərkəzi hədəf alınıb.