Ürəyi qarnında olan uşaq

15 İyul 2013 17:25 (UTC+04:00)

Çin həkimləri analoqu olmayan əməliyyata hazırlaşırlar. Çin həkimləri 4 yaşlı uşaq üzərində analoqu olmayan əməliyyata hazırlaşırlar. Mövqe.az-ın "medportal.ru" saytına istinadən verdiyi məlumata görə, uşağın ürəyi qarnında dərisinin altında yerləşir.

Lyaonin əyalətindəki Xetay kəndinin sakini olan Çjanın ürəyi ana bətni daxilindəki anormal inkişaf səbəbindən ancaq qarın divarlarının dərisi ilə örtülüb.