Kənd Təssərrüfatında elektron sistemin yaradılmasına 24 milyon manat tələb olunur-Özəl

16 İyul 2013 18:39 (UTC+04:00)

"Azərbaycanda elektron kənd təsərrüfatı sisteminin yaradılması üçün hazırlıq işləri aparılır. Bu sistem yaradıldıqdan sonra "Aqro park"ların yaradılması asan olacaq". Bu sözləri Movqe.az-a açıqlamasında Kənd Təssərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev söyləyib. S. Vəliyev hazırda bunun üçün beynəlxalq təcrübənin öyrənildiyini söyləyib. Onun sözlərinə görə, "elektron qeydiyyat sisteminin" yaradılması üçün bir neçə şirkətlə danışıqlar aparılıb və layihənin ilkin simeta dəyəri hesablanıb: "Layihənin ilkin dəyərləndirilməsi 24 milyon manatdır. Bu sistemin yaradılması ilə kənd təssərrüfatı sahəsində bütün xidmət sahələri barədə məlumat bir yerə toplanacaq. Fermerlərin və onların torpaqlarının elektron qeydiyyatı aparılacaq. Bundan başqa, fermer barədə, onun torpaqları, mal-qaranın sayı, subsidiyalar barədə məlumatları elektron şəkildə almaq imkan yaranacaq."

S. Vəliyev Aqro Parkın yaradılması üçün "Kooperasiya Haqqında" qanunun qəbulunun da vacib olduğunu söylədi.