Goranboy istiqamətində atəşkəs pozulub

16 İyul 2013 11:03 (UTC+04:00)

Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.


 Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düsmən cavab atəşi ilə susdurulub.