II qrup əlil özünə qəsd etdi

16 İyul 2013 11:16 (UTC+04:00)

Bakıda intihar hadisəsi baş verib. Xəzər Rayon Prokurorluğundan Mövqe.az-a verilən məlumata görə, hadisə rayonun Mərdəkan qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə ərazisində yerləşən bağ evlərindən birində yaşayan, 1951-ci il təvəllüdlü Aybəniz Əliyeva özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 

Prokurorluqdan həmçinin bildirilib ki, A.Əliyeva ikinci qrup əlil olub.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.