İlk telekommunikasiya peykimiz kommersiya fəaliyyətinə başlayıb

16 İyul 2013 12:51 (UTC+04:00)

Azərbaycanın "Azərsapce-1" ilk telekommunikasiya peyki bu gündən etibarən tam kommersiya fəaliyyətinə başlayıb.


"APA-Economics"in xəbər verdiyi kimi, bununla bağı olaraq "Azərkosmos" ASC və "ANS Müstəqil Yayım və Media" şirkəti arasında "Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında" müqavilə imzalanıb. Sənədi "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev və "ANS Müstəqil Yayım və Media" şirkətinin prezidenti Vahid Mustafayev imzalayıblar.


Bununla da bir neçə müddətdir həyata keçirilən test-sınaq əməliyyatlarından həm yerli, həm də xarici TV və radio kanallarının milli peykdən tam kommersiya əsaslı yayımına başlanılacaq.


İlkin mərhələdə yerli kanallarla yanaşı, ingilis, rus, türk və fars dillərində ümumilikdə 50-dək TV və radio kanalı yayımlanacaq, sonradan isə mərhələli şəkildə yayımlanan kanalların sayı daha da artırılacaq.