"Allah pişiyə görə mənə ruzi verdi"

10 May 2020 21:00 (UTC+04:00)

"Koronavirus mənə dərs verdi. Bir də evimin pulunu xərcləmərəm. Bütün pulumu mahnıların aranjimanına, kliplərə xərcləmişdim. Evdə 1 qəpik saxlamamışdım".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami "Söhbət var" verilişində deyib. Sənətçi karantin günlərində pulsuz qaldığını söyləyib:

"Bir gün qapım döyüldü. Açdım ki, ağ pişik, hamilə. İnsan kimi qapını döyürdü. Ona öz pişiyimin yeməyindən verdim. Hər dəfə ona yemək su verdim. Allah elə bil o pişiyə görə mənə ruzi verdi. Onun simasında elə bil ruh gəldi. Pulsuz günümdə pişiyə də, iki ac uşağa da baxdım. Ondan sonra iki toy təklifi gəldi".