DTX daha bir rayonda əməliyyat keçirdi? - Açıqlama

11 May 2020 13:29 (UTC+04:00)

Dövlət Təhlükəsizliyi Xidmətinin Sabirabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Axar.az-a açıqlamasında Sabirabad İH İnformasiya təminatı və təhlil sektorunun müdiri Aftandil Həsənov deyib. O bildirib ki, İcra Hakimiyyətinin hər hansı işçisi saxlanılmayıb.

Qeyd edək ki, mətbuatda Sabirabad rayon İcra Hakimiyyətində DTX-nin əməliyyat keçirməsi, əməliyyat zamanı başçının müavini Həsən Həsənovun və bir sıra şəxslərin saxlanılması barədə məlumat yayılmışdı.