Qazpaylayıcı stansiyayada qadın meyiti tapıldı

11 May 2020 15:25 (UTC+04:00)

Bakıda qazpaylayıcı stansiyadan qadın meyiti tapılıb.

Unikal.org xəbər verir ki, Yasamal rayonunda yerləşən qazpaylayıcı stansiyaya baxış keçirilərkən 1989-cu il təvəllüdlü Məmmədova Rəhilə Nurəddin qızının meyiti aşkarlanıb.

Qadının meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.