İnrihar etmiş məşhurun gitarası hərraca çıxarılıb

12 May 2020 10:31 (UTC+04:00)
"Nirvana" qrupunun mərhum lideri Kurt Kobeynin akustik gitarası ABŞ-da hərraca çıxarılıb. Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, "Martin D-18E" gitarasının başlanğıc qiyməti təxminən 1 milyon dollar səviyyəsində müəyyən edilib. "Julien's Auctions" auksion evindən bildiriblər ki, bu lot auksion evinin ən əlamətdar lotlarından biri olacaq: "Julien's Auctions" Kurt Kobeynin Nyu-Yorkdakı konsertində çıxış etdiyi 1959-cu ilin "Martin D-18E" gitarasını təqdim etməkdən qürur duyur". Bildirilir ki, hərrac 19-20 iyun tarixlərində Beverli-Hillz şəhərində keçiriləcək. Xatırladaq ki, ötən ilin oktyabr ayında Nyu-Yorkda keçirilən hərracda rok-qrupun sabiq liderinin yaşıl kardiqanı 334 min dollara, 1993-cü ildə K.Kobeyn üçün hazırlanan gitara isə 340 min dollara satılmışdı. Qeyd edək ki, K.Kobeyn 1994-cü ildə 27 yaşında intihar edib.