“Twitter” koronavirus dezinformasiyalarının qarşısını alacaq

12 May 2020 13:33 (UTC+04:00)
"Twitter" COVID-19 ətrafında olan mübahisəli məlumatları işarələməyə başlayacaq. Mövqe.az "Report"a istinadən xəbər verir ki, bu barədə məlumatı "Vox" yayıb. Bildirilib ki, şirkətin məqsədi potensial zərərli və yanıldıcı bilgilərin yayılmasını məhdudlaşdırmaqdır. Bundan başqa, şirkət yanlış bilgiləri də silməyə başlayacağını açıqlayıb.