Onkoloji xəstəlikdən əziyyət çəkən qadın zəhərlənərək öldü

16 İyul 2013 16:32 (UTC+04:00)

Trend Türkel TV-yə istinadən bildirir ki, Ağstafa şəhər R.Əsədov küçəsi, 28-də yaşayan 79 yaşlı Mələk Ələkbərova onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün kimyəvi maddə qəbul edib. O, dərhal Ağstafa RMX-yə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Qeyd edək ki, Mələk Ələkbərova xəstəxanaya yerləşdiriləndə maddənin təsiri güclü olduğundan artıq dünyasını dəyişmişdi.

Xatırladaq ki, ümumilikdə bu ilin birinci rübü ərzində rayonda kimyəvi maddədən 4 zəhərlənmə faktı qeydə alınıb.