Kürdəmirdə qətl hadisəsi baş verib

12 May 2020 23:12 (UTC+04:00)

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

“Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Atakişili kəndində qeydə alınıb.

Şilyan kənd sakini, 45 yaşlı Cəbrayılov Cəmşid Səlim oğlu naməlum şəxs tərəfindən bıçaq xəsarəti alıb. Yaralı ətrafdakıların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.