Mövqe.az xəbər verir ki, Amerika höküməti 2021-ci ilə qədər xaricdən gələn turist sayını 100 milyona, xərclərini isə 250 milyard dollara yüksəltməyi hədəfləyib. ABŞ ötən il ölkəyə gələn turist sayının 65.4 milyon olduğunu açıqlayıb. Beləki 2010-cu ildə xaricdən gələn əcnəbilərin sayı 62 milyon idi. 2011-ci ildə ölkəyə gələn turistlər ümumi olaraq 153 milyar dollar xərcləyiblərsə, bu rəqəm 2010-cu ildə 134 milyon dollar idi. Viza almaq da əvvəlkinə nisbətən asanlaşıb. Artıq viza almaq üçün daha az sənəd lazım gəlir. Xatırladaq ki, turistlər Amerikaya ən çox Meksika, Kanada və İngiltərədən gəlir. Viza problemi olmadığına görə hər il Kanadadan Amerikaya 20 milyon turist gəlir.
Əfqanə Məzahirqızı
Mövqe.az