Ağ fil ziyarətə hazırdır

16 İyul 2013 17:12 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Myanmardakı Kral Ağ Fil Baxçasında yaşayan ağ fil, ziyarətçilərin qarşısına çıxmazdan əvvəl hər gün duş qəbul edir. Günün 9 saatını ayaqlarında zəncir, ziyarətçilərin gözləri qarşısında keçirmək məcburiyyətində qalan fillər, ziyarət saatları xaricində isə təbii mühitlərinə uyğun baxım görürlər. Cənubi və Cənub-Şərqi Asiyada ağ fillərin sülh, sabitlik və zənginlik gətirdiyinə inanıldığı üçün, bu heyvanların ziyarətçisi də çox olur.