“Fəxr eləsinlər ki, paltarlarımı geyinirlər” - Ədalət Şükürov

13 May 2020 22:22 (UTC+04:00)

Əməkdar artist Ədalət Şükürov “Xəzər” TV-də yayımlanan “5/5” verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, o, karantin günlərində evdəki artıq əşyalardan qurtulduğunu bildirib.

Geyimləri ilə bağlı suala verdiyi cavabla diqqət çəkib:

“Şkaflarda o qədər lazımsız paltarlar var idi ki... Baxıram görüm nə var, nə yox. Ətrafımda insanlar: dostlar, qohumlar var, onlara verirəm. Qoy fəxr eləsinlər ki, yaxşı adamın paltarını geyinirlər. Onda özləri də yaxşı olurlar. Həyat yoldaşım yuyur, ütülüyür onlara verir. Müğənni var ki, paltarını, ayaqqabılarını heç kimə vermir”.