Tezliklə evinə qayıdacaq

16 İyul 2013 17:57 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, həyat dəstək moduluna bağlı yaşayan Cənubi Afrika keçmiş Prezidenti Nelson Mandelanın müalicəyə cavab verdiyi, xəstəxanadan azad edilərək evinə göndəriləcəyi iddia edilib. Cənubi Afrika Respublikası keçmiş Prezidenti Thabo Mbeki, ölkənin ilk qara lideri Nelson Mandelanın sağlamlıq vəziyyətində yaxşılaşma olduğunu söyləyib. Mandelanın sağlamlıq vəziyyətinin "kritik lakin balanslı" olduğunu ifadə edən Mbeki, "Mandelanın növbəti günlərdə xəstəxanadan çıxarılaraq evinə gedəcəyindən əminəm" deyib. Nobel sülh mükafatı sahibi Nelson Mandelanın həyat yoldaşı Graça Mandela da ərinin sağlamlıq vəziyyəti haqqında ötən həftələrə nisbətən daha az narahat olduğunu söyləyib. Graça Mandela, "Nelson müalicələrə müsbət cavab verir. Bu günlərdə keçmişə nisbətən daha az narahat olduğumu deyə bilərəm "deyə bildirib.