"Messini oyundan çıxarın, yoxsa onu öldürərik"

15 May 2020 13:13 (UTC+04:00)

Barcelona-nın hücumçusu Lionel Messinin əmisi oğlu Maksi Byankukki argentinalı hücumçu haqda danışıb.

Goal.az xəbər verir ki, o, "Ole"yə açıqlamasında əvvəlcə 32 yaşlı oyunçu ilə olan uşaqlıq xatirəsini bölüşüb:

"Məhəllədə bizimlə oynadığı zaman hamımız ondan boyca çox uzun idik. Bizə "bu dəlilikdir, Messini oyundan çıxarın, yoxsa onu öldürərik" deyirdilər. Onu döymək istəyirdilər, o da buna dözürdü.

8-9 yaşım olanda şənbə günləri Leonun oyununu izləmək üçün erkən qalxardım. Çox təsir edici hərəkətlər edərdi, buna inana bilməzdim

M.Byankukki Messinin Argentina çempionatında oynamaq variantı haqda da danışıb: "Leo Argentinanı çox sevir, insanlar bunu başa düşmürlər.

Əgər burada o qədər də təhlükəli olmasaydı, burada oynayardı, buna şübhəm yoxdur. Ən böyük arzum Leonu Newells-də görməkdir, ancaq bunun reallaşacağını düşünmürəm. Çünki bu şəhər cəhənnəmdir". (Sportinfo)