Bakıda DƏHŞƏT: Gənc özünü 18-ci mərtəbədən atdı

15 May 2020 13:06 (UTC+04:00)

Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.

Mövqe.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Sabunçu rayonunun Maştağa qəsəbəsinin sakini, 1999-cu il təvəllüdlü Rəşad Rəhimov Şövqiyar Abdullayev küçəsində yerləşən 23 nömrəli binanın 18-ci mərtəbəsindən özünü atıb.

Hazırda Nəsimi Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır, intiharın səbəbləri müəyyənləşdirilir.