Toppuş bacı: "İndi tək deyiləm"

16 İyul 2013 20:30 (UTC+04:00)
Bu yaxınlarda Röyalla ailə quran əməkdar artist Tünzalə Əliyeva şəxsi həyatından danışıb.

Mövqe.az-ın məlumatına görə, aktrisa Lent. az-a bildirib ki, artıq Bakıdadır:

"Bakıya yoldaşımla gəlmişəm. Gəlişim rol aldığım serialın çəkilişləri ilə bağlıdır. Mənə çox layihələrdən təkliflər gəlir. Amma bütün təklifləri həyat yoldaşımla məsləhətləşəndən sonra gerçəkləşdirirəm. Çünki onun fikri mənim üçün əsasdır. Məsləhət almadan nəsə etsəm, bu, həyat yoldaşıma qarşı saymamazlıq olar. Əvvəllər bütün qərarları özüm verirdim. Amma indi tək deyiləm. Gələn təklifləri yoldaşımla birgə nəzərdən keçirirəm".