Juventus-la Chelsea oyunçularını dəyişdirir

15 May 2020 14:29 (UTC+04:00)

Juventus-la Chelsea oyunçularını dəyişdirə bilər.

Goal.az xəbər verir ki, Turin klubu Jorjinyo üçün Miralem Pyaniçi verməyə hazırdır.

Juventus-un baş məşqçisi Mauritsio Sarri London klubunun yarımmüdafiəçisini komandasında görmək istəyir. Pyaniçin Juventus-la müqaviləsi 2023-cü ildə başa çatır.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi cari mövsüm A Seriyasında 22 oyunda çıxış edib və 3 qol vurub.