MLS-də məşqlərin bərpa müddəti uzadıldı

15 May 2020 23:30 (UTC+04:00)

MLS rəhbərliyi məşqlərin bərpasını 1 iyun tarixinə qədər uzatmaq qərarına gəlib.

Goal.az xəbər verir ki, komandalara qrup şəklində çalşmaq hələ də qadağandır. Bütün oyunçulardan yerli səhiyyə orqanlarının və hökumətin təlimatlarına əməl etmələri tələb olunub.

MLS-də mövsüm martın ortalarında koronavirus epidemiyası səbəbindən dayandırılıb. Mayın 6-dan etibarən futbolçulara fərdi hazırlığa icazə verilib.

Xatırladaq ki, Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun formasını geyindiyi Amerika birinci liqa təmsilçisi (USL) “Foneks Rizing” komandası məşqləri bərpa edib.