Keçmiş icra başçısının evində intihar baş verdi

16 May 2020 11:40 (UTC+04:00)

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Mövqe.az Report-a istinadən xəbər verir ki, 68 yaşlı Cəfər Cəfərov gözətçi işlədiyi evdə özünə tüfənglə atəş açaraq intihar edib.

Araşdırmalar zamanı evin Ucar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (2005-2010-cu illər) Arzu Qafurova məxsus olduğu müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.