TQDK imtahandan 700 bal toplayanların adlarını açıqlayıb

17 İyul 2013 11:56 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə keçirilən III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən 700 bal toplamış abituriyentlərin adlarını açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, onlardan biri oğlan, üçü isə qızdır. 700 bal toplayan abituriyentlər Bakı, Sumqayıt, Tovuz və Mingəçevir məktəblərinin məzunlarıdır. 


İsmayılov Məhəmməd Şahin oğlu Bakı şəhəri 258 saylı orta məktəbi; 

Qafarova Flora Eldar qızı Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyini;

Murğuzova Nərminə Sahib qızı Tovuz rayonu Bozarqanlı kənd orta məktəbi;

Məmmədli Nərmin Rövşən qızı Mingəçevir şəhəri 3 saylı şəhər orta məktəbini bitirib.